Azərbaycandan çıxan və Azərbaycana daxil olan valyuta - STATİSTİKA

Azərbaycandan çıxan və Azərbaycana daxil olan valyuta -

2015-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri 2014-cü ilin yekunları üzrə qeydə alınmış 10 mlrd. 423,6 mln. dollar məbləğində profisitə qarşı 222,5 mln. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yekunları üzrə cari əməliyyatların profisitini 0,5 mlrd. dollar səviyyəsində proqnozlaşdırmışdı.

AMB-nin saytında dərc edilmiş 2015-ci il üzrə tədiyə balansına əsasən, hesabat ilində neft-qaz sektoru üzrə profisit 6 mlrd. 548,9 mln. dollar, qeyri-neft sektoru üzrə kəsir 6 mlrd. 771,4 mln. dollar təşkil edib. AMB-nin məlumatına görə, 2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 25,4 mlrd. dollar təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti 5,8 mlrd. dollar səviyyəsində olub. Xarici ticarət dövriyyəsinin 10,5%-i MDB ölkələrinin, 89,5%-i uzaq xarici ölkələrin payına düşüb.

Həcmi 15,6 mlrd. dollar təşkil etmiş ixracın strukturunda neft-qaz məhsulları Azərbaycanın ümumi mal ixracı həcminin 90,4%-ni təşkil edib. Neft və neft məhsullarının bilavasitə ixracı 12,8 mlrd. dollar təşkil edib. 9,8 mlrd. dollarlıq idxalın strukturunda istehlak malları 3 mlrd. 850,8 mln.dollar təşkil edib.(interfax.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...