BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü tədbiri FOTOLAR

BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü tədbiri


BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir

Bakı Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib.

Onun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Rektor onu da bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində baş verən vəhşi terror aktlarının tarixində ermənilərin başladığı terror təşkilatları durur. Təşkilatlanmış "Daşnaksütyunun",“ASALA” və digər terror təşkilatları fəaliyyət göstərəndə və müsəlman ölkələri bu terror qurumlarının ləğvinə çağırışlar edəndə dünya birliyi sakitcə müşahidəçilik edirdi.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik tanıtım çarxının nümayişindən sonra kafedra müdirləri, professorlar İzzət Rüstəmov və Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq, bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildiriblər.


BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü tədbiri
BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü tədbiri
BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü tədbiri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1192 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...