Hansı küçələrdə hərəkət məhdudlaşdırılacaq?

Hansı küçələrdə hərəkət məhdudlaşdırılacaq?


Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir. Bu səbəbdən, Neftçilər prospektinin Rəsul Rza və Əziz Əliyev küçələri ilə kəsişmələri arasında olan hissəsində yolun bir tərəfi bu gün nəqliyyatın hərəkəti üçün bağlıdır. Eyni zamanda Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti bir günlüyünə tamamilə dayandırılıb.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyat küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...