Erməni tərəfi hələ də verdiyi itkiləri dəqiqləşdirir

Erməni tərəfi hələ də verdiyi itkiləri dəqiqləşdirir

Erməni tərəfi həftə ərzində 36 nəfər ölü , 122 nəfər yaralı olmaqla itki verib. Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın müdafiə Nazirliyi xəbər verir.

“Dəqiqləşdirilmiş məlumata görə, Aprelin 1-dən 7-nə qədər ordu 36 nəfəri, həmçinin 9 zabit və gizir, 27 çavuş, sıravi və müqavilə ilə xidmətə cəlb etdiyi hərbçiləri itirib. 122 nəfər və 24 zabit yaralıdır. Bundan əlavə, “öldürülmüş 4 nəfər bu gün döyüş sahəsində tapılıb” ; onlar “itkin düşmüş” hesab olunurdu. Məlumatlar bu səbəbdən dəyişdirilib”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirmişdi ki, qarşıdurma zamanı Erməni tərəfi 200 nəfər ölü və 500 yaralı olmaqla itki verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...