Yevlaxda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir

Yevlaxda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir


Bu gün “Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatının tədbirlər planına əsasən Yevlax şəhərində növbəti tədbir keçirildi.

Tədbir iştiraçkıları əvvəlcə Ulu öndərin Heydər Əliyevin Mərkəzdə yerləşən büstü önünə gül dəstələri qoydular. Sonra gənclərə Heydər Əliyev mərkəzində olan eksponanatlar haqqında məlumat verildi. Mərkəzlə tanışlıq oldu.

Tədbir Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirildi. Tədbir iştiraçıları əvvəlcə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmə baxdılar. Sonra tədbiri giriş sözü ilə YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev açdı. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından danışaraq Heydər Əliyev və Azərbaycan gəncliyi mövzusunda keçirilən tədbirin əhəmiyyətini bir daha gənclərə izah etdi. Bildirdi ki, Müstəqil Azərbaycanın qurucusu, Xalqımızın ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudu. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.

Sonra YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin Sədri Ariz Mikayılov mövzu ilə əlaqədar məruzə etdi.

Sonra çıxış edən YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin fəalları Etibar Məmmədov, Rafiq Əliyev, Rəşad Qurbanov və başqaları Ulu öndərin Gənclər Siyasətindən ətraflı söz açdılar. Onlar Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdılar.


Yevlaxda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir
Yevlaxda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...