Sinoptiklərdən pis hava xəbərdarlığı - 25-dək diqqətli olun

Sinoptiklərdən pis hava xəbərdarlığı

Aprelin 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamaısnda bildirib ki, şimal-qərb küləyi güclənəcək.


Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 24-də Abşeron yarımadasında güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Aprelin 26-da isə əlverişli komfort hava şəraiti gözlənilir.

Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edilib.

Belə ki, aprelin 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Arabir yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Şimal qərb küləyinin güclənəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...