Sabahdan yağıntılar başlayır

Sabahdan yağıntılar başlayır

Sabah Azərbaycanda havanın temperatunun nisbətən aşağı düşəcəyi, müxtəlif yerlərdə şimşək çaxacağı, yağış və dolu yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyunun 7-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində, əsasən, yağmursuz keçəcəyi, axşam saatlarında buludluluğu artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-21, gündüz 24-27 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 18-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 7-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə şiddətlənəcək. Havanın temperaturu gecə 18-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...