“Şahdəniz” qazının ixracı artıb

“Şahdəniz” qazının ixracı artıb

2015-ci ilin I rübündə Azərbaycanın qaz kəmərləri ilə 6,3 mlrd kubmetr qaz nəql edilib. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər.

DSK-nın məlumatına görə, qazın 29,3% Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilib. Yəni bu kəmərlə 1,8 mlrd kubmetr qaz nəql edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli 12,5% artıb.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə yalnız “Şahdəniz” konsorsiumunun qazı nəql olunur. Bu həcmin çoxu Türkiyəyə, 5%-i tranzit haqqı kimi Gürcüstana verilir. 2013-cü ilin II yarısından “Şahdəniz” konsorsiumu Gürcüstana kiçik həcmdə kommersiya qazı tədarük edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...