Bakıda gəlin öz toyu günü öldü

Bakıda gəlin öz toyu günü öldü

Bakıda gəlinin toyu günü faciəvi şəkildə ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Oxucular milli.az-a yazırlar ki, qəzaya düşən maşının sürücüsü Sail Bədirli bəyin sağdışı olub. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Avtomobildə olan 25 yaşlı gəlin Vəsilə Qurbanova dünyasını dəyişib. Sürücü və onun xanımı Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır.

V.Qurbanova öz sevdiyi oğlanla 5 il nişanlı qalıb. Dünən isə çoxdan arzuladıqları toy baş tutacaqdı. Ancaq gözlənilməz qəza onlara arzularına çatmağa imkan vermədi.

* * * 10:15

Bakıda gəlin toyu günü yol qəzasında ölüb.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

Qəza zamanı Xəzər rayon sakini Vəsilə Rzayeva toya hazırlıq üçün "gözəllik salonu"na gedib. Salondan çıxandan sonra isə bəy öz xalası oğlunu gəlini evə aparmaq üçün onun dalınca göndərib. Amma salondan çıxan avtomobil bir qədər gedəndən sonra aşıb. Nəticədə öz toyuna hazırlaşan V.Rzayeva hadisə yerində ölüb.

Qeyd edək ki, qəza zamanı gəlinin yanında olan və şəxsiyyəti hələlik məlum olmayan bir qadın da hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...