Sabah Azərbaycanda qar yağacaq

Sabah Azərbaycanda qar yağacaq

Aprelin 25-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1374 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...