BU KÖRPƏNI HƏYATA QAYTARMAQ OLAR Yardım çağırışı

BU KÖRPƏNI HƏYATA QAYTARMAQ OLAR

2009-cu ilin oktyabrında qızları Nuray dünyaya gələndə Anarla Səbinənın sevinci yerə-göyə sığmırdı. Balaca qızcığaz ailənin ən sevimlisi idi.

Elə həkimlər də Nurayın sağlam olduğunu bildirmişdilər. Nevropatoloqlar deyirdilər ki, uşaqda heç bir problem yoxdur, sinirləri qaydasındadır. Ancaq tədricən Nurayın hərəkətlərində lənglik hiss olunur və bu lənglik valideynləri təşvişə salır. Növbəti həkim müayinəsində məlum olur ki, doğuş zamanı uşaq boğulub və oksigen çatışmazlığı yaranıb.

Elə hər şey də bundan sonra başlayır. Həkim laqeydliyi gənc ailənin faciəsinə səbəb olur.

Nurayın Tehranda aparılan müalicələri, aybaay olunan fizioterapiyalar maddi sıxıntılar…və nəticədə Nurayın anası Səbinə ağır onkoloji xəstəliyə tutulur. İki il davam edən kimyaterapiyalardan sonra ana müalicəsini yarımçıq qoyaraq həyat yoldaşına kömək etmək üçün işləyir. Hərçənd həkimlər qadına işləməyi qadağan etmişdilər…
Nuray sonuncu dəfə həkim müayinələrindən keçir və məlum olur ki, 5 yaşlı qızcığaz yaşaya bilər. Bir şərtlə ki, Rusiya, TÜrkiyə və ya Ukraynanın reabilitasiya mərkəzlərində iki il ard-arda, iki ay fasilələrlə müalicə alsın. Bütün bunlar isə nə az, nə çox düz 40.000 (qırx mi manat) manata başa gəlir.

Nuray yardımsevər insanların köməyi ilə artıq Türkiyənin Bursa şəhərində reabilitasiya kürsü keçməyə başlayıb. Bir aylıq ilk mərhələ ümidverci sonuclar verib. Müalicə may-iyun aylarında davam etdirilməlidir. Lakin əgər yetərli səviyyədə vəsait toplanarsa…

Atası Anar inanır ki, xeyirxah insanların sayəsində qızı sağlamlığına qovuşacaq:

“Bu körpə mənim mələyimdir. Beş yaşı var. İllərdir onun müalicəsi ilə məşğuluq. Onun haqqında ilk yazı çıxdığında tanıdığımız və tanımadığımız insanlar bizə maddi və mənəvi dəstək oldular. Biz ilk müalicə kursunda təməl uğurlar əldə etdik. Bunun üçün əməyi keçən bütün insanlara ailəmiz adından təşəkkürlər. Bu yazını oxuyan insanlardan xahiş edirik ki, bizim ehtiram təşəkkürümüzü hər imkanı olan şəxslə paylaşsın. Paylaşın ki, olanlardan xəbərdar olan, bizim övladımıza yardım edərək, bizə dayaq olan hamıya təşəkkürlərimizi çatdıra bilək. Həm də aidiyyatı DÖVLƏT orqanları mənsubları kor olmuş gözləri ilə bəlkə gördülər. Görsünlər ki, NURAY adında bir AZƏRBAYCANLI balası var, onun üçün ata-anası illərlədir ki, çalışır, işləyir məvacibini toplayır, OLMAYAN AZƏRBAYCAN SƏHİYYƏSİNİN baytarlarının fəsadlarını aradan qaldırmağa çalışır. Mən ATAYAM, mənim üçün ağırdır! AĞIRDIR ona görə ki, çoxları düşünəcək ki, bu ata övladının müalicəsi üçün kimlərə isə əl açır, yardım istəyir. Ancaq məni və mənim ailəmi tanıyanlar bunun əksini və işin əslini bilirlər. İndi siz söyləyin ey insanlar – biz bu gülüzlü körpənin sağlamlığını taleyin hökmünə buraxıb olanlarla razılaşaq, yoxsa sizlərdən aldığımız dəstəklə bu çətin və ağır yolumuza davam edək?”

Nuray Anar qızı Əhmədovaya aşağıdakı fotoda gördüyünüz hesab vasitəsilə yardım edə bilərsiniz.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...