Bu il Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb

Bu il Azərbaycanın səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb


“Bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: “Ali təhsil müəssisələrinin adından istifadə olunmaqla analoji faktlara çox nadir hallarda müşahidə olunur”.

E.Əzizov onu da əlavə edib ki, saxta diplomların sayında ötən illərlə müqayisədə azalma müşahidə olunur.
Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...