Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb

Bu il Azərbaycanda 41 nəfəri ilan sancıb

"Bu ilin 6 ayında Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə 565 müraciət olunub".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabat dövründə dərmanla zəhərlənmə 241, dəm qazı ilə zəhərlənmə 133, kəskin allergik reaksiyalar 67, sirkə turşusu ilə zəhərlənmə 52, spirtli içkilərdən 56 nəfər şöbəyə qəbul edilib.
A.Maqsudov bildirib ki, ilan sancmasından 41, əqrəb sancmasından isə 3 nəfər xəstə gətirilib: "Ötən illə müqayisədə bu rəqəmlərdə azalma müşahidə olunub".
Şöbə müdiri əlavə edib ki, bu ilin ötən dövründə iki nəfər sirkə turşusundan zəhərləndiyi üçün ölüb: "Onlardan biri böyük dozada qəbul etdiyindən, digəri isə regiondan gec gətirdiklərinə görə həyatlarını xilas edə bilmədik".
"Sumqayıtda polietelin zavodunda zəhərlənən 11 nəfərdən bir nəfərin vəziyyəti ağlr olduğu üçün bizə gətirilib. Müayinələrdən keçib və sutka yarımdan sonra özünə gəlib. Qazdan zəhərlənən 4 nəfər FHN əməkdaşından 3-ü evə buraxılıb, bir nəfərin isə müalicəsi davam edir", -deyə o, əlavə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...