Qardaşı arvadını döydü, sonra evini yandırdı - Qazaxda

Qardaşı arvadını döydü, sonra evini yandırdı -

Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.

Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib. C.Həsənova ağır vəziyyətdə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən V.Əhmədov daha sonra həmin evi də yandırıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən V.Əhmədov saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlayıb.

Hadisəni törədən V. Əhmədovun psixi xəstə olduğu deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...