Tələbələri hicablı və üzü tüklü dərsə buraxmayan universitetdən RƏSMİ AÇIQLAMA

Tələbələri hicablı və üzü tüklü dərsə buraxmayan universitetdən

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib. Məsələ ilə bağlı universitetinin mətbuat xidməti Lent.az-a rəsmi açıqlama verib.

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7. bəndinə əsasən universitetdə təhsilalanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3. bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (taraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...