Ərəb ölkələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün bəzi təkliflər veriblər

Ərəb ölkələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün bəzi təkliflər veriblər

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyasının baş katibi Abdulrahim Hasan Naqi Azərbaycanla adıçəkilən regionun ölkələri arasında biznes əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb.

"APA-Economics"in xəbərinə görə, Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda çıxışı zamanı baş katib bildirib ki, İslam İnkişaf Bankı Azərbaycanla Şuraya üzv ölkələrin həyata keçirdiyi layihələri maliyyələşdirə bilər.

Bundan başqa, təşkilat rəsmisi gömrük rüsumlarının azaldılmasını və ya ümumiyyətlə ləğv olunmasını təklif edib.

Baş katibin başqa bir təklifi vizalarla bağlıdır: "Təklif edirik ki, viza alınan zaman tələb olunan 20 dollar ləğv olunsun və aviabiletlərin qiymətinə əlavə edilsin".

O təklif edib ki, 2018-ci ildə Azərbaycanda Şuraya üzv ölkələrdə istehsal olunan məhsullarının sərgisi təşkil edilsin. "Ölkələrimizin istehsal etdiyi məhsulların burada tanınması lazımdır".

Baş katib iqtisadiyyat naziri Şahin Mustafayevin birgə investisiya fondunun yaradılması ilə bağlı təklifinə də müsbət reaksiya verib: "Azərbaycanla Şura ölkələri arasında investisiya fondunun yaradılması məqsədəuyğun olar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...