"Şəhid ailəsinin özünüməşğulluq proqramında iştirakı təmin olunub" - Elman Babayev

"Şəhid ailəsinin özünüməşğulluq proqramında iştirakı təmin olunub" -

"Ölkəmizdə icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə 1232 aztəminatı ailəyə aktivlər verilərək, onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə və biznes-planlarına uyğun şəkildə fərdi təsərrüfatlarını yaratmalarına nail olunub".

Musavat.com xəbər verir ki, bu açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayerv verib. O qeyd edib: "Bunu Özünüməşğulluq proqramı iştirakçıları arasında şəhid ailələri də vardır və həmin ailələrin əmək potensiallarının reallaşdırılması yolu ilə gəlir imkanlarını artırmalarına, kiçik biznesə çıxış imkanı qazanmalarına şərait yaradılır. Belə ailələrdən biri də aprel döyüşləri vaxtı şəhid olan Nazim Zəkərəyevin ailəsidir (Şamaxı rayonu). Həmin ailə də özünüməşğulluq proqramına cəlb edilib və heyvandarılıqla məşğul olmaq üçün hələ 2017-ci ilin may ayında onlara iribuynuzlu mal-qara alınıb verilib. Bununla belə, bəzi media orqanlarında özünüməşğulluq proqramına cəlb olunmaq üçün guya ailənin başçısı Nadir Zəkərəyevdən ingilis dilini bilməsinin tələb edilməsi barədə qeyd edilənlərin heç bir əsası yoxdur.
Onu da qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Nazim Zəkərəyevin ailəsinin əmək pensiyası və Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdü ilə təminatı da həyata keçirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...