Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

Evlənmək istəyənlərin müayinəsi ilə bağlı yeni təklif

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.

AzVision.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməli, həmçinin müvafiq dövlət qurumları, o cümlədən Milli Məclis bu məsələni müzakirə etməlidir.

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...