"Azərbaycan Kredit Bürosu" borc alanlara fərdi reytinq verəcək

"Azərbaycan Kredit Bürosu" borc alanlara fərdi reytinq verəcək

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) əsas iş prinsipləri açıqlanıb.

"APA-Economics"in məlumatına görə, "Azərbaycan Kredit Bürosu"nun baş direktoru Elçin Həbibov deyib ki, qurum borc alanların maliyyə öhdəlikləri haqqında məlumatları toplayacaq, bu məlumatların risk təhlilini aparacaq və sorğu əsasında istifadəçilərə təqdim edəcək. Onun sözlərinə görə, "Azərbaycan Kredit Bürosu"nun fəaliyyəti nəticəsində kredit ilə bağlı qərarlar daha operativ və effektiv qaydada qəbul ediləcək: "Bu isə son nəticədə risklərin daha da azalmasına gətirib çıxaracaq".

E.Həbibov bildirib ki, "Azərbaycan Kredit Bürosu"nun əhatə dairəsi daha geniş olacaq. Eyni zamanda, bazar iştirakçıları qurumun təhlil əsasında digər xidmətlərindən də faydalana biləcək. Onun sözlərinə görə, AKB-nin fəaliyyəti üçün zəruri olan normativ hüquqi baza formalaşdırılıb.

"Azərbaycan Kredit Bürosu" məlumatları daha geniş mənbələrdən, kredit təşkilatları ilə yanaşı, lizinq, şığorta, kommunal xidmət göstərən müəssisələrdən, mobil telefon operatorlarından, nisyə mal satan biznes subyektləri, habelə borc öhdəliyi ilə bağlı digər məlumatları toplayacaq və təhlil edəcək.

Bundan başqa, AKB tərəfindən borc alanlara fərdi reytinq veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
997 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...