Əhalinin pulsuz tibbi müayinəsinə başlanır

Əhalinin pulsuz tibbi müayinəsinə başlanır

Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır. APA-nın xəbərinə görə, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.

Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar. Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb.


Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
61 dəfə oxundu
 


XƏBƏR LENTİ
Loading...