Tərtərdə SHXÇDX-nın yaradılmasının altıncı ildönümü qeyd edildi - FOTOLAR

Tərtərdə SHXÇDX-nın yaradılmasının altıncı ildönümü qeyd edildi -

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibətilə tədbir keçirildi.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının altıncı ildönümü münasibəti ilə tədbir keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.


Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğurunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını 13 fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.
Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd etdi. Bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub. Qələbə sevincini bizə yaşadan aprel döyüşləri bunu bir daha sübut etdi. Sübut etdi ki, Ali Baş Komandan-Ordu-Xalq birliyi möhkəmdir. 2000 hektar ərazimiz işğaldan azad edildi. Bu gün Lələtəpədə, Talış yüksəkliyində Azərbaycan bayrağı dalğalanır.

Qeyd olundu ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra respublika prezidentinin öz xanımı ilə birgə rayonumuza səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi rayonumuzun sakinlərinin əhval ruhiyyəsini, ölkə rəhbərinə-Ali Baş Komandana inamını daha da artırmışdır. Tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, bir daha əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın prezidentidir.

2016-cı ilin dekabr ayının əvvəlində isə Ali Baş Komandan öz xanımı ilə birgə yenidən rayonumuzda olmuş, erməni təxribatçılarının atəşi nəticəsində dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olmuş, Tərtərə içməli su xəttinin çəkilişinin və bir sıra sosial obyektlərin açılışında iştirak etmişdir.

2017-ci ilin noyabr ayının 28-də möhtərəm prezidentimiz yenidən Tərtərə səfər etdi. Respublika Prezidentinin rayonumuza səfərləri zamanı hər dəfə hərbi hissələrdə olması, əsgər və zabitlərlə görüşməsi, onlara yaradılan şəraitlə tanış olması Milli Ordumuza göstərilən diqqət və qayğının təzahürüdür.

İcra başçısı qeyd etdi ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bizim bölgənin gənclərində həbri vətənpərvərlik tərbiyəsi, vətənə sevgi daha güclüdür. Çünki bu gənclər top-tüfəng sədaları altında böyüyüblər. Sonra o, hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı rayonumuzda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə keçirilən “Ordu gəncləri böyük qüvvədir”, “Nümunəvi xidmətə görə sağ ol”, “Hər anımız Vətən deyir”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlərdən də söhbət açaraq çağırışçı gənclərin hərbi xidmətə yola salınması, ordudan təxris olunanların qarşılanma mərasimlərində gənclərin vətənə sevgisinin, coşqunun bir daha şahidi olunduğunu bildirdi.

Ümumtəhsil məktəblərinin şagirdləri, gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin “Açıq qapı” günlərində, bayramlarda hərbi hissələrdə əsgərlərə yaradılan şəraitlə yaxından tanış olduqları qeyd edildi. Bildirildi ki, bu gün Azərbaycan əsgəri qələbə müjdəli, qorxmaz, ayıq-sayıq, xalqın güvənc yeridir.

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi İslam Məmmədov xidmətin 6 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 6 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.

Tədbirdə rayon polis şöbəsinin rəisi Rauf Məcidov, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, aprel hadisələri zamanı şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov, Seydimli kənd tam orta məktəbinin hərbi rəhbəri Təbriz Quliyev öz ürək sözlərini bildirdilər. Sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilmiş videoçarx nümayiş etdirildi.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibəti ilə bir qrup şəxs Dövlət Xidməti və rayon icra hakimiyyəti tərəfindən təltif olundu.


Tərtərdə SHXÇDX-nın yaradılmasının altıncı ildönümü qeyd edildi -
Tərtərdə SHXÇDX-nın yaradılmasının altıncı ildönümü qeyd edildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...