Gülabatlı kəndində səyyar qəbul-görüş keçirildi - FOTOLAR

Gülabatlı kəndində səyyar qəbul-görüş keçirildi -

Bu dəfə rayon icra hakimiyyəti başçısının səyyar qəbul-görüşü rayonun Buruc kənd İƏD üzrə nümayəndəliyinin Gülabatlı kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.
Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kənd haqqında ətraflı məlumat verdi.
Sonra Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qazla və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Məktəblərində yardımçı sinif otaqlarının tikilməsinə ehtiyac olduğunu bildirdi. Kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlığını ifadə etdi.
Vəfa Quliyeva işıq dirəklərinin yenisi ilə əvəz olunmasına, Nüşabə Misirova, İradə Qurbanova kənd EATS-də nömrə sayının artırılmasına, kəndarası yolların, tibb məntəqəsinin təmirinə ehtiyac olduğunu, şəhid anası Şölə Sarıyeva nəvəsinin işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Gülabatlı kəndində səyyar qəbul-görüş keçirildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...