Nişanlısına mesaj yazıb, özünü öldürdü - Təfərrüat

Nişanlısına mesaj yazıb, özünü öldürdü -

Göyçay rayonunda 23 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb

Lent.az xəbər verir ki, Veysəlli kəndində yaşayan 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq “salamat qal, mən getdim” sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.

Yaxınlarının bildirdiyinə görə, gənc oğlanın asılı vəziyyətdə qalmış meyitini atası tövlədə tapıb. Onun 2 ay sonra toyu olacaqmış.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

*****

3 mart

Bu gün Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Veysəlli kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu yaşadığı evin həyətindəki yarımçıq tikilidən özünü kəndirlə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, M. Mikayılov 6 ay öncə ailə quracağı qızla nişanlanıb və yaxın vaxtlarda keçiriləcək toya hazırlaşırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...