Azərbaycanda mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

Azərbaycanda mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

Azərbaycanda mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb.

Bu barədə "APA-Economics'ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar pensiyaçıların maraqları nəzərə alınmaqla və onların sosial müdafiəsində növbəti tədbir kimi, bütün ölkə üzrə pensiyaların bayrama qədər olan günlərdə maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görülüb. E.Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, pensiyaların maliyyələşdirilməsinə mart ayı üçün 297 mln. manat vəsait köçürülüb.

“Ötən illərdə olduğu kimi, cari ildə də Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda özünü göstərən mütəmadi artım, habelə Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini bayrama qədər həyata keçirməyə imkan verib”, - deyən şöbə müdiri vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...