Britaniyadan rus diplomatlarına qadağa

Britaniyadan rus diplomatlarına qadağa

Britaniya Rusiya diplomatlarının bir müddət öncə zəhərlənmiş Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalla görüşməyinə izn verməyib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Britaniyadakı səfirliyi yayıb.

"Biz Skripalın yanına giriş üçün izn istədik, lakin bizə bu izn verilmədi. Britaniya onu öz vətəndaşı hesab edir", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə də Rusiya səfirliyi Skripalla görüşə imkan verilməməsindən narazılıq etmişdi. Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Skripalın vəziyyəti, onun tibbi xəstəlik tarixçəsi barədə məlumatsız olduqlarını, həkimlərlə görüşünə izn verilmədiyini açıqlamış və ümumiyyətlə, bu zəhərlənmə barədə onlara "sözdən başqa heç bir fakt" təqdim edilmədiyini bildirmişdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...