"Dünyada xristianları müsəlmanlara qarşı qoymaq planları var"

"Dünyada xristianları müsəlmanlara qarşı qoymaq planları var"

"Ermənistan adında təcavüzkar qonşumuz hələ XIX əsrin əvvəllərindən bizim torpaqlarımıza göz dikib. Ermənilərin havadarları da daim onlara kömək edib".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə 31 mart-Azərbaycanlıların Soyqırımı Günün ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarında ermənilər dəfələrlə soyqırımlar törədib: "Onların arxasında dayanan qüvvələrin kimlikləri hər kəsə məlumdur. Bu gün də həmin havadarlar öz köməklərini davam etdirir. Bu gün də ermənilərin gözü doymur".

QMİ sədri qeyd edib ki, ermənilər özlərini həmişə yazıq kimi göstərirlər: "Bəziləri də elə düşünür ki, onlar soyqırıma məruz qalıb. Halbuki ermənilərin günahsız insanlarımıza qarşı törətdikləri vəhşiliklər heç vaxt yaddan çıxmaz. Dünyada xristianları müsəlmanlara qarşı qoymaq planları var. Çünki ermənilərin arxasında məhz xristian dövlətləri durur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...