Zakir Həsənov Hulusi Akarla görüşdü- FOTO

Zakir Həsənov Hulusi Akarla görüşdü-

Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri (SQ) Baş Qərargahının rəhbəri ilə görüşüb. Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə SQ Baş Qərargahının rəisi Hullusi Akarla görüşü olub.
Zakir Həsənov Hulusi Akarla görüşdü-

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənovun səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...