"İlahiyyat İnstitutuna hələlik bina ayrılmayıb" - Mübariz Qurbanlı

"İlahiyyat İnstitutuna hələlik bina ayrılmayıb" -

İlahiyyat İnstitutu üçün binanın ayrılması məsələsi hələlik açıq qalıb.

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, məsələ həllini tapandan sonra İnstituta qəbul həyata keçiriləcək.

"Prezidentin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib. Biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib, sifarişlər verilib, qəbul olunacaq tələbələr, ixtisaslar müəyyənləşib. Bu il lazımi tədbirlər, görülən işlər davamlı olarsa, xüsusilə bina məsələsi həll olunarsa, dinşünaslıq, islamşunaslıq fakültələri üzrə qəbul məsələsi həll olunacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...