Kürdəmirdə kütləvi heyvan ölümü…- SƏBƏB

Kürdəmirdə kütləvi heyvan ölümü…-

Kürdəmir rayonunda kütləvi şəkildə tələf olan xırdabuynuzlu heyvanlardan götürülmüş laborator nümunələrin nəticələri artıq məlumdur.

Gundeminfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Kürdəmir rayon Baytarlıq İdarəsının rəisi Mehman Nəsirov deyib.

Onun sözlərinə görə, tələfat yalnız Ərəbqubalı kəndində bir sakinin təsərrüfatında qeydə alınıb: “Həmin sakin öz şəxsi hesabına etməli olduğu dərmanlamanı etməyib. Heyvanlar mövsümi xəstəlik olan blazotdan tələf olub. Yəni təsərrüfat sahibi həmin xəstəliyə qarşı heç bir qabaqlayıcı tədbir görməyib.

Qeyd olunan xəstəliyə qarşı dərmanlar açıq satışda var. İldə bir dəfə mövsümi xəstəliklərə qarşı dərmanlama aparılmalıdır. Sakinə tövsiyə olunub ki, dərmanları alıb, baytar nəzarəti altında heyvanlara versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...