Yardımlıda qonşular arasında su üstündə kütləvi dava - Ölən və yaralananlar var

Yardımlıda qonşular arasında su üstündə kütləvi dava -

Yardımlıda qonşular arasında kütləvi dava ölümlə nəticələnib.

BakuPost xəbər verir ki, hadisə rayonun Bürzümbül kəndində qeydə alınıb. Belə ki, Rəciyevlər və Nuriyevlər arasında su üstündə yaranmış gərginlik bir neçə gündür, əlbəyaxa davaya çevrilibmiş. Ötən gün qonşular soyuq silah götürərək bir-birinə hücum çəksələr də, kənd sakinləri tərəfindən sakitləşdiriblər. Bu gün səhər saatlarında dava yenidən alovlanıb. Hər iki ailənin üzvləri ağır xəsarət alıb. Dava nəticəsində ayağı kəsilən təxminən 50 yaşında olan Rəciyev Bəyzadə Məmmədağa oğlu qan itirmə nəticəsində vəfat edib. Onun ölümündə günahkar bilinən Nuriyev Cavid Nuru oğlu həbs edilib. Xəsarət alan 4-5 nəfər hazırda rayon mərkəzi xəstəxanasında müalicə olunurlar.

Yaralananlar içərisində həbs olunan şəxsin atası Nuriyev Nurunun vəziyyəti ağırdır, o, reanimasiya şöbəsinə yerləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...