“İttiham aktı uşaq imlasına oxşayır” - Polkovnik

“İttiham aktı uşaq imlasına oxşayır” -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə V. Güləli son söz deyərək hakimlərə təşəkkür etdiyini bildirib: "Mənim barəmdəki ittiham aktı uşaq imlasına oxşayır. Rafiq Tahirovun MTN-dəki cinayət işindən qaçaqmalçılıq maddəsinin götürülməsi üçün rüşvət vermək məqsədi ilə verilib. Mən bu işdə vasitəçi olmuşam. Bu barədə keçmiş MTN işçilərinin cinayət işində ifadə vermişəm, araşdırma davam edir. Mən aldığım pulu MTN binasının yaxınlığında Vüqar Əsədova vermişəm. Müstəntiq Vüqar Əsədovu tapşıran adamla danışandan sonra bu işlə bağlı mənə ittiham verdi. Vüqar bu işlərdə MTN-nin adından istifadə edərək dələduzluq edib. Digər epizodlarda zərərçəkmiş kimi tanınan şəxslərdən sələmə pul götürülüb, faizi də ödənilib. Bu işlərə mülki qaydada baxılmalıdır. Mənə bəraət verməyinizi xahiş edirəm".

Məhkəmə kollegiyasının hökmü ilə V.Güləli 8 il, N.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən C.İbayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı həbs edilmədiyi üçün məhkəmə zalında qandallanıb.

Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib, onlar istintaq zamanı həbs edilmədiyi üçün sərbəst qalıb.

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.

V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...