TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

TANAP rəsmisi: "Gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər"

"Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi artıq tamamlanmaq üzrədir".

“APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq layihənin inşaat işlərinin 93%-i yerinə yetirilib: "Artıq boru kəmərinin 1340 kilometri inşa edilib”.

O bildirib ki, bu ilin iyul ayında Azərbaycandan ilk qazı Türkiyə qəbul edəcək: "Azərbaycan qazının Türkiyəyə nəql edəcək BOTAŞ şirkəti illik 6 milyard kubmetr qazı Türkiyəyə çatdıracaq. Məqsədimiz yeni bir qaz dəyər zəncirini yaratmaqdır. TANAP bu layihələr zəncirinin dördüncü birt hissədir. TANAP bu dəyər zəncirinin ən böyük hissəsəsidir”.

O qeyd edib ki, gələcəkdə İraqdan gələn qaz da bu boru kəmərinə daxil edilə bilər: "Hazırda boru xətti ilə 31 milyard kubmetr qaz daşınması mümkündür. Sonradan, 2023-ci ildə 24 milyard kubmetr, 2026-cı ildə 31 milyard kubmetr təbii qaz nəqli mümkün olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...