Daxili İşlər Nazirliyindən əhaliyə xəbərdarlıq: "BU ƏŞYALAR..." - SİYAHI

Daxili İşlər Nazirliyindən əhaliyə xəbərdarlıq:

Aprelin 27-dən 29-dək paytaxtımız artıq üçüncü dəfə “Formula-1 Azərbaycan Qran Pri” yarışına ev sahibliyi edəcək. Adətən belə tədbirlərdə təhlükəsizliyin təmini məqsədi ilə müəyyən əşyaların tamaşaçılar tərəfindən yarışlar keçirilən əraziyə gətirilməsi yasaqlanır. Təhlükəsizliyin təmini məqsədi ilə görüləcək tədbirlər sırasında tamaşaçıların hansı əşyaları özləri ilə gətirmələrinin qadağan olunması maraq doğurduğundan bu sualla Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Lent.az-a bildirdi ki, yarışlar keçiriləcək əraziyə aşağıdakı əşyaların keçirilməsinə imkan verilməyəcək: “Tədbirin keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təxribat xarakterli, dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, yaralanma, məkana ziyan və ictimai narahatçılıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...