11 min manatlıq Fərmandan nə qədər ailə yararlanacaq? - Hadı Rəcəbli rəqəmi AÇIQLADI

11 min manatlıq Fərmandan nə qədər ailə yararlanacaq? -

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Prezidentin Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Unikal.org-a açıqlamasında bildirib ki, Prezidentin bu Fərmanı tədqir olunmalıdır. Onun sözlərinə görə, bu Fərman cənab Prezidentimizin qəhrəmanlığıdır və çox böyük bir addımdır. H.Rəcəbli bu Frəmanının nə qədər ailələyə şamil olunacağını da açıqlayıb:

"Hazırda bu məsələ ilə bağlı dəqiqləşmə aparılır. İlkin hesablamaya görə, bu Fərmanda 8801 nəfər ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş insanların ailəsinə şamil olunur. Dövlət büdcəsindən buraya 96 milyon 811 min manat vəsait veriləcək”.

Komitə sədri vaxti ilə bu məsələni şişirdən adamlara da çağırış edib:

"Mən o adamlara hər zaman deyirdim ki, hövsələniz olsun və bu məsələ ilə bağlı ümüdinizi itirməyin. Çoxları bu vəsaitlə bağlı ümdini itirmişdi. Amma bu vəsaitin ödənilməsi üçün dövlətin zamana ehtiyacı var idi. Gördüyünüz kimi, bir balaca maliyyə imkanı olan kimi ölkə başçısı İlham Əliyev bu məsələni çözə bildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...