Əbülfəs Qarayevin İrana səfəri təxirə salınıb

Əbülfəs Qarayevin İrana səfəri təxirə salınıb

Mədəniyyət naziri Əbülfəs Qarayev Təbrizin İslam dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı “Təbriz-2018” proqramının açılış mərasimində iştirak etməyəcək.

APA-nın məlumatına görə, səfərin təxirə salınmasının səbəbi nazirlikdə aparılan struktur dəyişikliyidir. “Təbriz - 2018” proqramının açılış mərasimi aprelin 25-də İran prezidenti Həsən Ruhani və digər qonaqların iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bazasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...