Keçmiş nazirimiz Türkiyədə xəstəxanada yatır - FOTO

Keçmiş nazirimiz Türkiyədə xəstəxanada yatır -

Türkiyə Təhsil Nazirliyinin Təhsil Şöbəsinin müdiri Mətin Özər İstanbulda müalicə alan keçmiş təhsil naziri Firudin Cəlilovla görüşüb.

Kult.az xəbər verir ki, M.Özər görüş zamanı çəkilmiş fotonu Feysbuk səhifəsində paylaşıb və ürək sözlərini yazıb:
Keçmiş nazirimiz Türkiyədə xəstəxanada yatır -

“Bu gün İstanbul Bostançı Bayındır Xəstəxanasında Azərbaycanımızın Baş nazirinin müavini və Təhsil naziri olmuş müəllimimiz, filologiya elmləri doktoru, professor Firudin Cəlilova baş çəkdim. Müalicəsi davam edir. Müəllimim qısa bir müddətlik zənglərə cavab verə bilməyəcəyini, sizə salam və hörmətlərini çatdırmağımı xahiş etdi”.

Qeyd edək ki, Firudin Cəlilov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1993-cü ildə isə təhsili naziri vəzifələrində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...