“Meşələri yandıran şəxsləri tapa bilmirik” - 24 saat növbə çəkirlər

“Meşələri yandıran şəxsləri tapa bilmirik” -

"Biz meşələrdə yanğın törədən şəxsləri tapa bilmirik”. Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.

O bildirib ki, təbiətdə baş verən yanğınların əksəriyyətinin kökündə insan faktoru dayanır: "Meşələrin inkişafı departamentində 24 saatlıq növbətçilik rejimi müəyyənləşdirilib. 150 nəfərə yaxın yanğın keşikçiləri var. Onları mobil rabitə vasitələri, təcili yanğınsöndürmə vasitələri ilə təmin edirik. Yanğın söndürmə üçün bel, süpürgə, balta, mişar və s. kimi alətlərdən də istifadə edilir ki, müəssisələrimiz bu alətlərlə təmin edilib. FHN-nin vertolyotları yanğın zamanı cəlb olunduğu üçün bəzi hallarda biz çay hövzələrində xüsusi sututarlar yaradırıq. Bu da yanğın hadisəsinin vaxtında alınması üçün tədbirlər planı kimi həyata keçirilir”.

Qurum rəsmisi əlavə edib ki, yanğını törədənlərin tapılması mümkün olmur: "Yanğın hadisəsində təqsirkarın tapılaraq cəzalandırılması mümkün olmur. Çox təəssüf ki, biz yanğın törədən insanları tapa bilmirik. Yanğın baş verir, əraziyə çoxsaylı canlı qüvvə və texnika cəlb olunur. Amma nəticədə yanğını kimin törətdiyini tapmaq olmur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...