Tərtərdə 9 may Qələbə Günü qeyd olundu - FOTOLAR

Tərtərdə 9 may Qələbə Günü qeyd olundu -

Tərtərdə 9 may Qələbə Günü qeyd olundu
Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş umumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu Öndərin təbirincə desək “veteranlar bizim canlı arxivimizdir”.

Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Ulu öndər Heydər Əliyev müharibə veteranlarına daim yüksək qayğı göstərirdi, onlarla bağlı müxtəlif sərəncamlar imzalanıb. Bu siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müharibə iştirakçılarının problemlərinin həlli, onların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin siyasətinin əsas istiqamətlərdən birini təşkil edir.
Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris ibadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.

Hazırda rayonumuzda 4 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Veteranlarımızın hər biri bizim üçün çox əziz insan, əsil həyat məktəbi, canlı tarixdirlər. 73 illik tarixi yol keçmiş bu qələbə bayramının şərəfini uca tutmaq, hər bir veterana diqqət və qayğı göstərmək, onları anmaq hər birimizin müqəddəs borcudur.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Nizami Heydərov, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Orxan Mustafazadə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolunun olduğunu, 9 May – Qələbə Gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Bildirilib ki, İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Bu qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Sonda veteranlara rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olundu.

Tərtərdə 9 may Qələbə Günü qeyd olundu -
Tərtərdə 9 may Qələbə Günü qeyd olundu -
Tərtərdə 9 may Qələbə Günü qeyd olundu -
Tərtərdə 9 may Qələbə Günü qeyd olundu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...