Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib

Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.

GUNDEMİNFO.AZ-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da səhər saatlarında minlərlə tərtərli rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Meydanda rayon məktəblilərinin hazırladığı rəsm və əl işləri, Mədəniyyət Mərkəzi tərəfindən Ulu Öndərə həsr olunmuş kitablar sərgilənib.

Mədəniyyət Mərkəzində keçirilən konfransda əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olub. Dünyanın tanınmış şəxsiyyətləri arasında xüsusi yeri olan, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dövlətçilik tarixində ən şanlı və parlaq səhifələr ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf edir. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaranması, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi dövlət quruculuğu onun adı ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, 1969-1982-ci illərdə Ulu Öndərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq respublikaları arasında birinci sıralarda yer alıb. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi həmin illərdə Ümummilli Lider tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır. Bu illərdə Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsal sahələri, iri qəsəbələr, mikrorayonlar, mehmanxanalar, metro stansiyaları, toxuculuq kombinatları tikilib istifadəyə verilib, neftayırma müəssisələri tamamilə yenidən qurulub, elektrotexnika, radiotexnika zavodları inşa edilib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunun iqtisadiyyatında da böyük dönüş yaranıb. Həmin dövrdə Tərtər ildə 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesi dirçələn bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, 2300 ailəyə həyətyanı torpaq sahəsi verilib. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikinti materialları istehsalı zavodları, Sərsəng su anbarı məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə tikilib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan regionda təhlükəsizliyin qarantına, dünyada aparıcı söz sahibi olan dövlətlərdən birinə çevrilib.

Konfransda “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi”, “Ulu Öndər və Azərbaycan təhsili”, “Ümummilli Lider və Azərbaycan mətbuatı”, “Heydər Əliyev və aqrar sahə”, “Heydər Əliyev və milli mədəniyyətimiz”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və digər mövzularda çıxışlar dinlənilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr verilib.


Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib
Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib
Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib
Tərtərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qey edilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...