Səfər Əbiyevin müavini bəraət istədi

Səfər Əbiyevin müavini bəraət istədi

Ali Məhkəmədə sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovla bağlı qərar verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin M.Səlimovun vəzifədə olarkən mənimsədiyi və dövlətə məxsus olan 1,2 milyon manatın geri qaytarmasına qərar verib.

O, bəraət istəyi ilə müraciət etdiyi apellyasiya instansiyasından rədd cavabı alıb. Bu qərardan isə kassasiya şikayəti verib. Keçmiş nazir müavininin azadlıq istəyini hakim Gülzar Rzayeva rədd edib və qərarı qüvvədə saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...