Paraqvay həbsxanasında qiyam zamanı 5 nəfərin başı kəsilib

Paraqvay həbsxanasında qiyam zamanı 5 nəfərin başı kəsilib
Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.
"Report" "ABC Color" nəşrinə istinadən xəbər verir ki, Braziliyanın "Birinci paytaxt komandası" cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.
Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.
Ölənlərin hamısı "Birinci paytaxt komandası" ilə düşmənçilik edən "Rotel" cinayətkar klanının üzvləri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...