Başçı Quytul kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Başçı Quytul kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon mərkəzindən
36 km aralıda yerləşən ucqar Quytul kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Avqustun 5-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayon mərkəzindən 36 km aralıda yerləşən ucqar Quytul kəndində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin 2019-cu ilin ilk aylarından başlayaraq ölkəmizdə apardığı sosial-iqtisadi islahatlar haqqında sakinlərə məlumat verib. Prezident cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əməkhaqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə danışıb. Həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il iyunun 18-də imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqının 250 manata çatdırılması, demək olar ki, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin məvaciblərinin 40 faiz artırılması vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatların davamlı, dayanıqlı olduğunu bir daha göstərir.
Başçı Quytul kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Əhəd Abıyev çıxışında Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin, əsaslı sosial infrastruktur layihələrin həyata keçirildiyini də qeyd edib.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər yol təmiri, içməli su xəttinin bərpası, qaz xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə olub.
Qaldırılan məsələlərin icrası ilə bağlı Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib.
Kənd sakinləri müraciətlərinə baxılması məqsədilə keçirilən görüşdən razı qaldıqlarını qeyd edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...