Rusiyaya nə qədər meyvə-tərəvəz aparmağa icazə veriləcək? - YENİ QAYDALAR

Rusiyaya nə qədər meyvə-tərəvəz aparmağa icazə veriləcək? -

Bu gündən Rusiyanın bir neçə gömrük keçid məntəqəsində yeni fitosanitar nəzarət qüvvəyə minir.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, nəzarət olunacaq keçid məntəqələrindən biri də Azərbaycanın Dağıstanla sərhədindəki Yaraq - Qazmalar keçididir.

Yeni qaydalara görə, hər bir şəxs sərhəddən 5 kiloqramdan çox meyvə, tərəvəz, toxum keçirə bilməz. Bunun üçün fitosanitar sertifikat tələb ediləcək. Bu tip sertifikat Rusiya ərazisinə gül keçirilməsinə də tətbiq olunacaq. Yeni qaydaya görə, hər bir şəxsə 3 buketdən artıq gül keçirmək qadağandır.

Qaydalar ananas, əncir, quava, avokado, manqo, pomidor, kələm, xiyar, yerkökü, kartof kimi meyvə və tərəvəzlərə də aid ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...