I yarımildə Azərbaycanda 5,7 mlrd. kubmetr qaz istehlak edilib

I yarımildə Azərbaycanda 5,7 mlrd. kubmetr qaz istehlak edilib

Bu ilin I yarısında Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 14,3 mlrd. kubmetr təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 83,9%-i hasilatın, 16,1%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Belə ki, I yarımildə qaz hasilatının həcmi 11,998 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,302 mlrd. kubmetr olub.

Ehtiyatların 40%-i və yaxud 5,72 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.Bu ilin I yarısında ümumi ehtiyatın 41,8%-i yaxud 5,977 mlrd. kubmetri ixraca yönəldilib.

Hesabat dövründə 5,6%, yaxud da 801 mln. kubmetr itki olub, 12,6% və ya 1,802 mlrd. kubmetr qaz iyulun 1-i vəziyyətinə ehtiyat kimi qalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...