Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır - Fotolar

Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -

Qaradağda Birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirilib

Mayın 4-də Qaradağ rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev və rayonun idarə-müəssisə rəhbərləri iştirak ediblər. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov tədbiri giriş sözü ilə açaraq Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışdı. Daha sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış etdi.
Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri Karin Halifaya Avropa Oyunlarının təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanının təhlükəsizlik orqanları ilə əməkdaşlıq, oyunların keçiriləcəyi obyektlərin yerləşdiyi ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat verdi. Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti mövzuları ətrafında çıxışlar ilə davam etdirildi.

Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Qaradağ Birinci Avropa Oyunlarına hazırlaşır -
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...