Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı

Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı
Qubada ayı heyvanlara hücum edib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xınalıq kəndində qeydə alınıb.

Vəhşi heyvan axşam saatlarında kənd sakini Balasultan Sultanovonun təsərrüfatına hücum edib və onun bir baş inəyini parçalayıb.

Sakinlər bildirir ki, son bir ay ərzində ayılar kəndə tez-tez hücum edir. Bundan əvvəl vəhşi heyvanlar sakinlərin daha dörd baş heyvanını da parçalayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Küsnətqazma kəndində də ayı sakinlərin altı baş inəyinə hücum etmişdi.

Faktla bağlı araşdırma aparılır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...