Rayon rəhbəri işə yeni qəbul olmuş gənc müəllimlərlə görüşdü - FOTOLAR

Rayon rəhbəri işə yeni qəbul olmuş gənc müəllimlərlə görüşdü -

Təhsil nazirliyi tərəfindən müsabiqə yolu ilə rayonun müxtəlif məktəblərinə işə qəbul olunmuş müəllimlərlə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşü keçirildi.
Görüşdə rayon rəhbəri işə yeni qəbul edilmiş müəllimləri təbrik etdi, onlara gənc nəslin təlim-tərbiyəsi sahəsində şərəfli işlərində uğurlar dilədi. Gənc müəllimlərin hər birini ayrı-ayrılıqda dinləyərək qayğıları ilə maraqlandı, dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı.
Gənc müəllimlər böyük həvəslə öz arzu və istəklərini, qayğılarını rayon rəhbəri ilə bölüşdülər.
Qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə vakant yerlərə 30-u daimi, 19-u müddətli müqavilə ilə olmaqla 49 nəfər müəllim qəbul edilib.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Rayon rəhbəri işə yeni qəbul olmuş gənc müəllimlərlə görüşdü -
Rayon rəhbəri işə yeni qəbul olmuş gənc müəllimlərlə görüşdü -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...