Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb VİDEO

Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb


Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb. "Report" xəbər verir ki, qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.

Videoçarxların çəkilişləri "Ronin" şirkəti tərəfindən "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1008 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...