Elşad Əsgərov: "İki milli parkda 120 fototələ quraşdırılıb"

Elşad Əsgərov: "İki milli parkda 120 fototələ quraşdırılıb"
“Hazırda iki - Zəngəzur və Hirkan milli parklarında fototələlər var. İkisində birlikdə bu fototələlərin sayı 120-dir”.

APA xəbər verir ki, bunu "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib. Onun sözlərinə görə, fototələlər əsasən “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb:

“Fototələlər yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir. Digər proqram çərçivəsində Zaqatala Qoruğunda monitorinq aparılır. Fototələləri genişləndirmək istəyirik. Gələn il 40-a qədər fototələ alınacaq”.

E.Əsgərov fototələlərin məqsədindən də danışıb:

“Fototələ ilk növbədə heyvanların orda olub-olmamasını təsdiqləyir. İkincisi, həmin heyvanların cinsini müəyyənləşdirir. Bundan başqa, onların yaş tərkibi, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdiririk. Məsələn, Naxçıvanda bəbirlərdən bir neçəsi Erməmistana keçərkən mina sahələrinə düşmüşdü. Onların ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta biri 3 ay ərzində 170 km yol getmişdi. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...