Evlənmək istəyən 3300 gəncdə xəstəlik tapıldı

Evlənmək istəyən 3300 gəncdə xəstəlik tapıldı


Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi ilə dəyişiklik edildikdən və həmin dəyişiklik qüvvəyə mindikdən ötən cəmi 2 ay ərzində 34 min insan tibbi müayinədən keçib

Qafqazinfo xəbər verir ki, bunu parlamentin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sözügedən komitənin sədri Hadı Rəcəbli dilə gətirib.

Onun sözlərinə görə, bu, özü böyük göstərici və uğurdur: "Özünüz də şahidsiniz ki, bu dəyişiklik nə qədər uzun çəkdi. Onun da ətrafında çoxlu söz-söhbətlər getdi. Amma ötən qısa müddət ərzində orta çıxan statistika göstərdi ki, bu, nə qədər vaxtında qəbul edilmiş dəyişiklikdir. Tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən üst-üstə 3300 gəncin hər ikisinin ya talassemiya, ya da hemofiliya daşıyıcısı olduğu aşkarlanıb. Eyni zamanda, 13 cütlükdə hər iki xəstəliyin elementləri, əlamətləri üzə çıxıb.

Bu, onu göstərir ki, belə bir dəyişikliyin nə qədər böyük əhəmiyyəti var. Əgər arayış məsələsi tələb edilməsəydi və həmin insanlar tibbi müaiyəndən keçməsəydi, yenə də ağır fəsadlar yaşanacaq, həmin cütlüklərdən xəstə övladlar dünyaya gələcək və 18 yaşına çatandan sonra ən yaxşı halda həmin valideynlər övladlarını itirəcək, övlad acısı yaşayacaqdılar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
955 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...